Avtomobil Federasiyası drift məktəbinə qəbul elan edir

3 Oktyabr 2018 13:55

Xəbər 803 dəfə oxunub

Azərbaycan Avtomobil Federasiyası (AAF) tərəfindən yaradılan drift məktəbinə qəbul elan olunur.Azərtac xəbər verir ki, drift məktəbində təlimləri Beynəlxalq Avtomobil Federasiyasının (FIA) ekspertləri keçəcək. Ustad dərslərini drift üzrə İrlandiya və Britaniya çempionu Duan Makkiver, Almaniya və Niderland çempionu Sebastian Fontijn, “Red Bull” atleti, drift üzrə üçqat Ukrayna çempionu Aleksandr Qrinçuk aparacaq.Drift məktəbinin açılmasında əsas məqsəd avtomobil idmanının inkişafı, bu sahəyə marağın artırılması, ölkəmizi beynəlxalq yarışlarda təmsil edə biləcək yerli idmançı və mütəxəssislərin hazırlanmasıdır.xeber100.com