Avtomobil Federasiyasının məlumatı

23 Yanvar 2018 13:01

Xəbər 710 dəfə oxunub

Cari ilin Dakar ralli yarışı başa çatıb.Azərtac Azərbaycan Avtomobil Federasiyasının saytına istinadla xəbər verir ki, motosikletçilərin mübarizəsində qələbəni “Red Bull KTM Factory” komandasının təmsilçisi Mattias Valkner qazanıb. Avstriyalı idmançı və MX3 seriyasında motokross üzrə dünya çempionu rallinin 14 mərhələsini ümumilikdə 43 saat 6 dəqiqə 1 saniyəyə qət edərək karyerasında ilk dəfə Dakar ralli çempionu tituluna sahib olub. Digər iki yerdə müvafiq olaraq “Monster Energy Honda Team”dən Kevin Benavides (16 dəqiqə 53 saniyə) və “Red Bull”un daha bir təmsilçisi Tobi Prays (23 dəqiqə 1saniyə) qərarlaşıblar.Çilili İqnasio Kasale isə kvadrasiklların mübarizəsində birinciliyin qalibi adını qazanıb. “Casale Racing” komandasının təmsilçisi ilə digər iki yeri tutan pilotlar arasında vaxt məsafəsinin kifayət qədər böyük olması ən çox müzakirə olunan mövzulardandır. Belə ki, İ.Kasale “Team Al Desert” komandasından argentinalı Nikolas Kavilyassonu ümumi nəticədə 1 saat 38 dəqiqə 52 saniyə “Consultores De Empresas” təmsilçisi Xeremias Qonsales Feriolini isə 2 saat 8 dəqiqə 14 saniyə üstələyib.Avtomobillərin yarışında ispaniyalı Karlos Saynz birinci yeri tutub. Ralli üzrə ikiqat dünya çempionu, “Team Peugeot Total” kollektivini təmsil edən pilot 14 mərhələdə 49 saat 16 dəqiqə 18 saniyə nəticə göstərib. O, bununla da 2010-cu ildə əldə etdiyi nəticəni təkrarlayıb. Digər iki yeri “Toyota Gazoo Racing Sa” komandasının nümayəndələri Nasser Al-Attiya (43 dəqiqə 40 saniyə) və Jiniel De Villers (1 saat 16 dəqiqə 41 saniyə) tutublar.Yük avtomobillərinin mübarizəsində Rusiyanın “Kamaz” ekipajı bu dəfə də bütün rəqiblərini geridə qoyub. Eduard Nikolayevin başçılıq etdiyi kollektiv yekunda 54 saat 57 dəqiqə 37 saniyəlik göstərici ilə Dakar tarixində 14-cü qələbəsini rəsmiləşdirib. Belarusun “Maz-Sportauto” komandası (3 saat 57 dəqiqə 17 saniyə) ikinci, Rusiyanın daha bir təmsilçisi Ayrat Mardeyevin rəhbərlik etdiyi “Kamaz – Master” kollektivi (5 saat 22 dəqiqə 34 saniyə) isə üçüncü yerlə kifayətlənib.xeber100.com

 

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02