Avtomobil Federasiyasının məlumatı

30 Yanvar 2018 12:57

Xəbər 1330 dəfə oxunub

Cari ilin ralli mövsümünə Monte-Karloda start verilib.Azərtac Azərbaycan Avtomobil Federasiyasına istinadən xəbər verir ki, dünya çempionatının ilk mərhələsində finiş xəttinə hamıdan tez “M-Sport” komandasının üzvü Sebastyen Ojye çatıb. Həlledici final çıxışında fransalı pilot 4 saat 18 dəqiqə 55,5 saniyə nəticə göstərib. Bu nəticə ilə o, ikinci və üçüncü yerlərin sahibi Ott Tyanakı 58.3 saniyə, Yari-Matti Latvalanı isə 1 dəqiqə 52 saniyə geridə qoyub.Bu, S.Ojyenin Monte-Karloda ardıcıl beşinci qələbəsidir və doğma trassda birinci olmaqla fransalı pilot ümumi nəticədə də liderliyi ələ keçirib.Qeyd edək ki, ralli üzrə dünya çempionatının növbəti mərhələsi fevralın 15-dən 18-dək İsveçdə təşkil olunacaq.xeber100.com