Avtomobil Federasiyasının məlumatına görə…

19 Yanvar 2018 13:20

Xəbər 696 dəfə oxunub

Argentinada Dakar rallisi həyəcanı davam edir.Azərtac Azərbaycan Avtomobil Federasiyasının saytına istinadən xəbər verir ki, 10-cu mərhələdə iştirakçılar Saltadan Belenə qədər uzanan 797 kilometrlik uzunluğunda marşrutda mübarizə aparıblar.Motosikletçilərin yarışında birinciliyi “Red Bull KTM Factory” komandasının üzvü Mattias Valkner əldə edib. İdmançı 4 saat 52 dəqiqə 26 saniyəyə finiş xəttinə çatıb. “Rockstar Energy Husqvarna Factory Racing” komandasından Pablo Kintanilya isə qalibdən 11 dəqiqə 35 saniyə gec nəticə göstərərək ikinci yeri tutub. “Himoinsa Racing” kollektivindən Herard Farres Quel liderdən 16 dəqiqə 21 saniyə geri qalaraq yarışı üçüncü başa vurub.Bu mərhələdən sonra ümumi nəticədə lider Mattias Valknerdir.Kvadrasikllərin yarışında ən yüksək nəticəni “Team Al Desert” komandasından Nikolas Kavilyasso göstərib. Argentinalı pilotun yekun nəticəsi 6 saat 35 dəqiqə 26 saniyə olub. “Consultores De Empresas” kollekvitindən Xeremyas Qonsales Ferioli (2 dəqiqə 6 saniyə) ikinci, “Casale Racing” komandasının üzvü İqnasio Kasale isə (6 dəqiqə 23 saniyə) üçüncü yeri tutublar.Bu yarışda İ.Kasale ümumi nəticəyə əsasən liderlik edir.Avtomobillərin yarışında 10-cu mərhələnin qalibi “Team Peugeot Total”dan Stefan Peteransel olub. Fransalı idmançı 4 saat 43 dəqiqə 46 saniyəlik göstərici ilə finiş xəttinə birinci çatıb. Digər iki yerdə müvafiq olaraq “Toyota Gazoo Racing Sa” komandasından Giniel De Villers (8 dəqiqə 46 saniyə) və “Team Peugeot Total”ın daha bir nümayəndəsi Karlos Saynz (13 dəqiqə 7 saniyə) qərarlaşıb. Pilotların şəxsi sıralamasında liderlik ispaniyalı K.Saynza məxsusdur.Yük avtomobillərinin mübarizəsində 10-cu mərhələ hollandiyalı Ton Van Qenuqtenin başçılıq etdiyi ekipajın qələbəsi ilə yadda qalıb. Komanda məsafəni 5 saat 31 dəqiqə 49 saniyəyə başa vurub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Argentina və Belarus təmsilçiləri tutublar. Ümumi nəticədə yarışa liderlik edən Eduard Nikolayevin başçılıq etdiyi “KAMAZ-MASTER” ekipajı bu mərhələdə dördüncü yerlə kifayətlənməli olub.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02