Avtomobil Federasiyasının təşkilatçılığı ilə avtomobillərin yürüşü keçiriləcək

29 İyul 2019 13:07

Xəbər 586 dəfə oxunub

Avqustun 25-də Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək.Federasiyadan Azərtac-a bildiriblər ki, bununla əlaqədar 1980-ci ilədək istehsal olunan avtomobillərin sahibləri avqustun 20-də saat 18:00-dək AAF-da qeydiyyatdan keçə bilərlər.Qeydiyyatdan keçən avtomobil və sahibləri avqustun 25-də saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdırlar. Yürüş paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək.xeber100.com