Avtoyürüşlər üzrə dünya çempionatının yeni təqvimi açıqlanıb

5 Aprel 2020 16:46

Xəbər 501 dəfə oxunub

Dözümlü avtoyürüşlər üzrə dünya çempionatının (WEC) təşkilatçıları koronavirus pandemiyası səbəbindən yarışın yeni təqvimini açıqlayıblar.Azərtac xəbər verir ki, mövsümün sonunadək iştirakçılar 3 yürüşdə güclərini sınayacaqlar.Açıqlanan təqvimə görə, avqustun 15-də Belçikada “6 saatlıq Spa”, sentyabrın 19-20-də Fransada “24 saatlıq Le-Man”, noyabrın 21-də “8 saatlıq Bəhreyn” yürüşləri təşkil olunacaq.xeber100.com