Azərbaycan Basketbol Federasiyası: Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib

19 Dekabr 2023 13:34

Xəbər 705 dəfə oxunub

Basketbol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib.

Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, mart və aprel aylarında “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq yarışda 10 komanda iki yarımqrupda mübarizə aparacaq. A qrupunda “Neftçi”, “Xəzri”, “Cəlilabad”, “Xırdalan” və “Sumqayıt”, B qrupunda isə “Sabah”, “NTD-İndiqo “, “Sərhədçi”, “Gəncə” və “Şəki” klubları yer alıblar. Qrup oyunları dairəvi sistemdə keçiriləcək və ilk iki yeri tutmuş komandalar yarımfinala vəsiqə qazanacaqlar.

Qeyd edək ki, basketbol üzrə Azərbaycan Kubokunun reqlamentinə əsasən, oyun zamanı meydançada mütləq şəkildə 3 yerli basketbolçu olmalıdır.xeber100.com