Kişi və qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandaları Cənubi Koreyada təlim-məşq toplanışına start veriblər.
Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, Seul şəhərindəki Milli İdman Universitetində təşkil olunan hazırlıqda kişilərdən ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayevlə məşqçi Rəşad Abdullayevin rəhbərliyi altında Səyyad Dadaşov, Qaşım Maqomedov, Cavad Ağayev, Eltac Qafarov, Hamidreza Badrialiabadi və Milad Beigi Harçeqani iştirak edirlər.
Qadınlardan ibarət milli komanda isə baş məşqçi Sun Mi Parkın rəhbərliyi altında hazırlıq keçir. Mütəxəssis məşqlərə Zemfira Həsənzadə, Məryəm Məmmədova, Minayə Əkbərova, Səmmərux Osmanova, Səidə Əliyeva və Fatimə Məcidovanı cəlb edib.
Qeyd edək ki, toplanış “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya verən turnirlərə hazırlıq xarakteri daşıyır. Məşqlər yanvarın 27-dək davam edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…