Azərbaycan Premyer Liqasının VI turunda iki rekord qeydə alınıb

18 Sentyabr 2023 14:01

Xəbər 28 dəfə oxunub

Azərbaycan Premyer Liqasının VI turunda iki rekord qeydə alınıb. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, üç gün ərzində keçirilən 5 oyunu ümumilikdə 10950 tamaşaçı izləyib. Bu, mövsümün geridə qalan hissəsi üçün yeni rekorddur. Buna qədər ən yüksək göstərici 8700 seyrçinin izlədiyi IV tura təsadüf edib. Yeni rekorda son oyun günü səbəb olub. “Qarabağ” – “Sabah” matçını 4500, “Turan Tovuz” – “Qəbələ” görüşünü 4000 nəfər izləyib. Digər qarşılaşmalarda bu rəqəm aşağı olub. “Zirə” – “Sumqayıt” (500), “Kəpəz” – “Səbail” (1500) və “Araz-Naxçıvan” – “Neftçi” (450) oyunlarında ümumilikdə 2450 tamaşaçı olub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Qarabağ” – “Sabah” görüşündə də mövsümün rekordu gerçəkləşib. 4500 tamaşaçı toplayan oyun “Turan Tovuz” – “Səbail” matçını geridə qoyub. IV turun Tovuz şəhər stadionunda gerçəkləşən qarşılaşmasında 4300 seyrçi olub.

Qeyd edək ki, ümumilikdə 6 turun 29 matçını 42381 izləyici seyr edib. Orta göstərici 1461-ə bərabərdir.xeber100.com

Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkü atılıb

Sentyabrın 22-24-də Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkü atılıb. Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub. 60 kq Balabəy Ağayev - Lukhumi Çkvimiani (Gürcüstan) Əhməd Yusifov - Jorre Verstraeten (Belçika) Rövşən Əliyev - Lior Rafailov (İsrail) Nazir Talıbov - Giorgi Sardalaşvili (Gürcüstan) 66 kq Qasım Vəlizadə - Antoni De Angelis (Latviya) Yaşar Nəcəfov - Yermek Amangeldi (Qazaxıstan) Rəşad Yelkiyev - Lukas Saha (Finlandiya)/Yanislav Gerçev (Bolqarıstan) cütünün qalibi Ruslan Paşayev - Tal Fliçer (İsrail) 73 kq Hidayət Heydərov - Askar Narkulov (Qazaxıstan) Telman Vəliyev - Faye Njie (Qambiya) Nurlan Osmanov - Dioqo Sesar (Qvineya Bissau) Rəşid Məmmədəliyev - Benjamin Axus (Fransa) 81 kq Məmmədrza Hacızadə - Arnaud Areqba (Fransa)/Məhəmməd Rebahi (Qətər) cütünün qalibi Elcan Şəfiyev - Antonio Espozito (İtaliya)/Hrafn Arnarsson (İslandiya) cütünün qalibi Zelim Tçkayev - Aleks Barto (Slovakiya) Məhərrəm İmamverdiyev - Aibol Nussanali (Qazaxıstan) 90 kq Murad Fətiyev - Srcan Mrvalyeviç (Monteneqro) Elcan Hacıyev - Aleksandr Sidoruk (İJF) Əjdər Bağırov - Yermakhan Anuarbekov (Qazaxıstan) Musa Hüseynli - Yahor Varapayev (İJF)/Aleks Kret (Rumıniya) cütünün qalibi 100 kq Ruslan Nəsirli - Zlatko Kumriç (Xorvatiya) Zelim Kotsoyev - Matias Madsen (Danimarka) +100 kq İmran Yusifov - Kamzat Saparbayev (Fransa) Rəşid Məmmədəliyev - Juscelino Nasimento (Braziliya) Uşangi Kokauri - Karl Stefansson (İslandiya)/Joao Kesarino (Braziliya) Ramazan Əhmədov - Tamerlan Başayev (İJF) Qadınlar 48 kq Ramilə Əliyeva - Marusa Stanqar (Sloveniya) Şəfəq Həmidova - Meri de Varqas (Çili) Leyla Əliyeva - Tamar Malca (İsrail) 52 kq Gültac Məmmədəliyeva - Joana Dioqo (Portuqaliya) 57 kq Nərgiz Hacıyeva - Timna Nelson Levi (İsrail) 70 kq Günel Həsənli - Eliza Vroblevska (Polşa) Südabə Ağayeva - Darya Kramoykina (İJF) Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında təşkil olunacaq.xeber100.com

Sentyabr 21, 2023 14:36