Azərbaycanda COVID-19 infeksiyasına 13 yoluxma faktı qeydə alınıb

23 May 2023 14:36

Xəbər 20 dəfə oxunub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 13 yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 831 min 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 403 nəfər müalicə olunaraq sağalıb, 10 min 273 nəfər vəfat edib. Aktiv xəstə sayı 72 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1274, bu günə qədər isə ümumilikdə 7 milyon 613 min 693 test icra olunub.xeber100.com