Azərbaycanda daha 29 nəfər koronavirusa yoluxub

6 May 2023 14:26

Xəbər 37 dəfə oxunub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 29 yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb, 3 nəfər bu xəstəlikdən vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 540 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 100 nəfər müalicə olunaraq sağalıb, 10 min 257 nəfər vəfat edib. Aktiv xəstə sayı 183 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1181, bu günə qədər isə ümumilikdə 7 milyon 596 min 487 test icra olunub.xeber100.com