Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Qazi Universitetində yaradılmış Azərbaycan dilinin Tədrisi Ocağında tariximizə dair ilk açıq dərs “Konstitusiya və Suverenlik İli”nə həsr olunub. Tədbirdə Qazi Universitetinin və Mədəniyyət Mərkəzinin nümayəndələri, Azərbaycan dili kurslarının tələbələri və ziyalılar iştirak ediblər. Əvvəlcə Azərbaycanın suverenliyinin təmin edilməsi, 44 günlük Vətən müharibəsi, qazanılan zəfərə dair qısa sənədli film nümayiş etdirilib. Açıq dərsdə Türkiyəli tələbələr Oğuzhan Arslan və Zuhal Çelikkesenin “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş təqdimatları dinlənilib.
Tədbirdə çıxış edən Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov müstəqil və suveren dövlətə sahib olmaq üçün Azərbaycanın keçdiyi çətin və şərəfli yoldan danışıb. O, ölkəmizin müstəqilliyin ilk illərində yaşadığı çətinliklər, 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə ictimai-siyasi sabitliyin təmin edildiyini və dövlətçiliyimizin, müstəqilliyimizin əbədi olaraq möhkəmləndirildiyini vurğulayıb.
Digər natiqlər Qazi Universiteti Təhsil fakültəsinin dekanı professor Ferudin Sezgin, Azərbaycan dili kursunun pedaqoqu, Qazi Universitetinin doktorantı Şehla İbişova, Türkiyədə Azərbaycanlı Tələbə Gənclər Təşkilatının sədri Elçin Cəfərli Konstitusiya və suverenliyin hər bir azad dövlət üçün müstəqil yaşamın əsas göstəricisi olduğunu söyləyərək, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsini müstəqillik tariximizdə önəmli hadisə kimi səciyələndiriblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…