“Azərreyl” klubu yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edir

12 Sentyabr 2023 11:54

Xəbər 34 dəfə oxunub

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edir.

Klubdan verilən məlumata görə, ölkəsinin aşağı yaş qruplarında oynamış 29 yaşlı Katarina Pilepiç ilə 1 illik müqavilə imzalanıb. 183 santimetr boya malik voleybolçu Azərbaycandan əvvəl bir neçə ölkədə də legioner həyatı yaşayıb. Onun Xorvatiyada ilk peşəkar klubu “Riyeka” olub və 2013-cü ilə qədər bu komandanın şərəfini qoruyub. O, ABŞ-da “San Fransisko Universiteti” (2013-2015) və “Arizona Universiteti”nin də (2015-2016) formalarını geyinib.

Katarina 4 dəfə Xorvatiya və 1 dəfə İsrail çempionatının qalibi olub. Kolleksiyasında İsrail və Xorvatiya çempionatlarının gümüş, Çexiya, Yunanıstan və Filippin liqalarının bürünc medalları da var.

Qeyd edək ki, Pilepiç Finlandiyada və Çexiyada mövsümün ən yaxşı hücumçusu seçilib.xeber100.com

Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkü atılıb

Sentyabrın 22-24-də Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkü atılıb. Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub. 60 kq Balabəy Ağayev - Lukhumi Çkvimiani (Gürcüstan) Əhməd Yusifov - Jorre Verstraeten (Belçika) Rövşən Əliyev - Lior Rafailov (İsrail) Nazir Talıbov - Giorgi Sardalaşvili (Gürcüstan) 66 kq Qasım Vəlizadə - Antoni De Angelis (Latviya) Yaşar Nəcəfov - Yermek Amangeldi (Qazaxıstan) Rəşad Yelkiyev - Lukas Saha (Finlandiya)/Yanislav Gerçev (Bolqarıstan) cütünün qalibi Ruslan Paşayev - Tal Fliçer (İsrail) 73 kq Hidayət Heydərov - Askar Narkulov (Qazaxıstan) Telman Vəliyev - Faye Njie (Qambiya) Nurlan Osmanov - Dioqo Sesar (Qvineya Bissau) Rəşid Məmmədəliyev - Benjamin Axus (Fransa) 81 kq Məmmədrza Hacızadə - Arnaud Areqba (Fransa)/Məhəmməd Rebahi (Qətər) cütünün qalibi Elcan Şəfiyev - Antonio Espozito (İtaliya)/Hrafn Arnarsson (İslandiya) cütünün qalibi Zelim Tçkayev - Aleks Barto (Slovakiya) Məhərrəm İmamverdiyev - Aibol Nussanali (Qazaxıstan) 90 kq Murad Fətiyev - Srcan Mrvalyeviç (Monteneqro) Elcan Hacıyev - Aleksandr Sidoruk (İJF) Əjdər Bağırov - Yermakhan Anuarbekov (Qazaxıstan) Musa Hüseynli - Yahor Varapayev (İJF)/Aleks Kret (Rumıniya) cütünün qalibi 100 kq Ruslan Nəsirli - Zlatko Kumriç (Xorvatiya) Zelim Kotsoyev - Matias Madsen (Danimarka) +100 kq İmran Yusifov - Kamzat Saparbayev (Fransa) Rəşid Məmmədəliyev - Juscelino Nasimento (Braziliya) Uşangi Kokauri - Karl Stefansson (İslandiya)/Joao Kesarino (Braziliya) Ramazan Əhmədov - Tamerlan Başayev (İJF) Qadınlar 48 kq Ramilə Əliyeva - Marusa Stanqar (Sloveniya) Şəfəq Həmidova - Meri de Varqas (Çili) Leyla Əliyeva - Tamar Malca (İsrail) 52 kq Gültac Məmmədəliyeva - Joana Dioqo (Portuqaliya) 57 kq Nərgiz Hacıyeva - Timna Nelson Levi (İsrail) 70 kq Günel Həsənli - Eliza Vroblevska (Polşa) Südabə Ağayeva - Darya Kramoykina (İJF) Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında təşkil olunacaq.xeber100.com

Sentyabr 21, 2023 14:36