Astara rayonunda “Azəravtoyol” ASC tərəfindən Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi işləri aparılır.ASC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, çətin dağlıq relyefə məxsus kəndlərarası avtomobil yolu “Hirkan” milli parkının ərazisindən keçir.Uzunluğu 26 kilometr olan avtomobil yolu IV texniki dərəcəyə uyğun salınır. Burada layihəyə uyğun olaraq yol 2 hərəkət zolaqlı olmaqla ümumi eni 10 metr təşkil edir. Bura həmçinin 6 metr hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr çiyinlər daxildir.Layihədə bir aşırımlı dəmir-beton konstruksiyalı 1 ədəd avtomobil körpüsünün tikilməsi də nəzərdə tutulub. Körpü yolun 12,4-cü kilometrində yerləşəcək. Körpünün uzunluğu 28 metr, eni isə 6 metr olacaq. Görülən işlərə uyğun olaraq yolboyu atmosfer və dağ sularının ötürülməsi üçün müxtəlif diametrli suötürücü borular quraşdırılıb.Tikinti işləri tamamlandıqdan sonra sözügedən yola 134 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yol-cizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…