Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda (Bakı-Sumqayıt yolu) daha 2 metal konstruksiyalı yerüstü piyada keçidlərinin inşası “Azəravtoyol” ASC tərəfindən yekunlaşıb.ASC-nin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, Masazır qəsəbəsi ərazisindəki 1 aşırımlı yerüstü piyada keçidinin uzunluğu 53 metr, pilləkən hissələr də daxil olmaqla ümumi uzunluğu 81,4 metrdir.Ceyranbatan qəsəbəsində inşa edilən 2 aşırımlı yerüstü piyada keçidinin uzunluğu 40,5 metr, pilləkən hissələr də daxil olmaqla ümumi uzunluğu isə 69 metrdir. Hər iki ərazidə keçidlərin inşası başa çatdırılaraq son tamamlanma, dizayn işləri görülür.Qeyd olunub ki, metal konstruksiyalı piyada keçidləri dəmir-beton dayaqlar üzərində qurulub. Üstü açıq olan keçidlərin yol səthindən hündürlüyü 5,5 metr təşkil edir, qalereyasının eni isə 3 metrdir.Yüksək keyfiyyətlə aparılan işlər çərçivəsində hər iki keçidin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq, sərnişin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələr yaradılacaq, ərazidə lazımi yol nişanları quraşdırılacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…