Qarşıdakı aylarda Azərbaycan-Əfqanıstan investisiya forumunun keçirilməsi nəzərdə tutulur.Azərtac xəbər verir ki, bu barədə oktyabrın 11-də Bakıda keçirilən Əfqanıstan məhsulları sərgisi çərçivəsində jurnalistlərə müsahibəsində Əfqanıstanın Sənaye və Ticarət naziri Acmal Əhməd deyib.O qeyd edib ki, bu sərgi Əfqanıstan-Azərbaycan əlaqələrinin inkişafına təkan verəcək: “Azərbaycan tərəfinə sərginin yüksək səviyyədə təşkilinə görə minnətdarlığımızı bildiririk. Biz artıq təkcə ticarət sahəsində deyil, nəqliyyat-tranzit sahəsində də əlaqələri inkişaf etdirmək niyyətindəyik. Azərbaycan artıq nəqliyyat-tranzit mərkəzə çevrilib, biz bundan istifadə etmək istəyirik. Bu gün investisiya imkanları ilə bağlı növbəti aylarda forumun keçirilməsi ilə bağlı müzakirələr apardıq. Gördüyünüz kimi, burada Əfqanıstan iqtisadiyyatının müxtəlif sahələrini, o cümlədən kənd təsərrüfatı məhsulları, dağ-mədən sənayesi, təbii ehtiyatlar, səhiyyə və digər sahələri təmsil edən 50-dək iş adamından ibarət nümayəndə heyəti var. Azərbaycan və Əfqanıstan arasında iqtisadi əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib. Ölkələrimiz güclü tarixi və siyasi mədəni köklərlə bir-birinə bağlıdır. Qarşıdakı aylarda keçiriləcək tədbirlərin bu sahədəki əməkdaşlığımızı daha da möhkəmləndirəcəyinə inanırıq”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…