Azərbaycan ərazisində hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud iş rejiminə keçir.Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Azərtac-a bildirilib ki, bununla əlaqədar, “Azərbaycan Hava Yolları”nın Bakı-Naxçıvan-Bakı istiqamətində sentyabrın 30-dək (30 sentyabr daxil olmaqla) nəzərdə tutulmuş bütün reysləri dayandırılıb.Eyni zamanda, AZAL aviaşirkətinin oktyabrın 1-nə nəzərdə tutulmuş Bakı-London-Bakı, həmçinin oktyabrın 2-si tarixinə nəzərdə tutulmuş Bakı-Berlin-Bakı istiqamətində aviareysləri ləğv edilib.AZAL aviaşirkətinin ləğv edilmiş reyslərinin sərnişinləri aviabiletlərini cərimə ödənilmədən digər tarixlərə dəyişə və ya ödənilmiş vəsaiti geri ala bilərlər.Bundan əlavə, “Fly Dubai” aviaşirkəti sentyabrın 29-u, oktyabrın 1-i və 3-ü nəzərdə tutulmuş Dubay-Bakı-Dubay istiqamətində reyslərini, “Aeroflot” aviaşirkəti oktyabrın 1-i və 4-ü tarixinə nəzərdə tutulmuş Moskva-Bakı-Moskva istiqamətində aviareyslərini və “Belavia” aviaşirkəti oktyabrın 2-si və 4-ü tarixlərinə nəzərdə tutulmuş Minsk-Bakı-Minsk istiqamətində aviareyslərini ləğv edib.Qeyd olunan ləğv edilmiş reyslərin sərnişinləri əlavə məlumat üçün adıçəkilən aviaşirkətlərə müraciət edə bilərlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…