Azərbaycan Ağır Atletika Federasiyasının məlumatına görə…

8 İyun 2022 15:18

Xəbər 344 dəfə oxunub

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2005-ci il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında ağır atletika üzrə şəhər birinciliyi keçirilib.Azərbaycan Ağır Atletika Federasiyasından bildiriblər ki, Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 30-dan artıq idmançı qalib adı uğrunda mübarizə aparıb.İki gün gərgin idman mübarizəsi şəraitində davam edən yarışda Zəhra Niftəliyeva (64 kq), Arzu Qədimova (71 kq) qızlar arasında, İbrahim Rəsulzadə (40 kq), Turan Abbasov (45 kq), Fərman Məhərrəmov (49 kq), Azər Mənsimov (55 kq), Turan Əliyev (61 kq), Fərid Mərdanov (67 kq), Fuad Qədimov (73 kq), Cavidan Muxtarlı (81 kq) və Rəbbani Niftəliyev (89 kq) oğlanlar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.xeber100.com