Azərbaycan Basketbol Federasiyasının məlumatına görə…

21 Yanvar 2023 17:43

Xəbər 322 dəfə oxunub

Yanvarın 21-də Astara Olimpiya İdman Kompleksində “Zirvə Astara BK” və “AAAF Xırdalan BK” komandaları üz-üzə gəliblər.

Azərbaycan Basketbol Federasiyasından bildiriblər ki, oyuna inamlı başlayan “AAAF Xırdalan BK” basketbolçuları yekunda rəqibi üzərində 100:76 hesablı qələbə qazanıblar. Ən məhsuldar basketbolçular “Zirvə Astara BK” (Cerret Henderson-16 xal, 2 ribaund ) və “AAAF Xırdalan BK” (Devin Pullum-34 xal, 9 asist) olublar.

Qeyd edək ki, turun son oyunları (“Sərhədçi” PİK–“Gəncə BK”, “NTD BK”-“Neftçi İK”) yanvarın 22-də keçiriləcək.xeber100.com