Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə…

8 Avqust 2022 18:41

Xəbər 389 dəfə oxunub

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə basketbolun inkişafı istiqamətində ölkəmizin bir sıra regionlarında turnirlər keçirilib.Federasiyanın mətbuat xidmətindən bildiriblər ki, 3×3 basketbol növü üzrə keçirilən “ABF 3×3” adlı Azərbaycan kuboku bu turnirlərdən biridir. İlk mərhələsi Gəncə şəhərində baş tutmuş yarışda oğlanlardan ibarət 56 oyunçu 14 komandanın, 20 qız oyunçu isə 5 komandanın heyətində mübarizə aparıblar. Növbəti mərhələsi Lənkəran şəhərində keçirilən turnirdə isə ümumilikdə 32 oğlan oyunçu, 8 komandanın heyətində iştirak ediblər.Maraqlı idman mübarizəsi şəraitində keçən “ABF 3×3” adlı Azərbaycan kubokunu davamlı şəkildə keçirməkdə məqsəd ölkəmizdə bu idman növünə olan marağı daha da artırmaqdır.xeber100.com