Azərbaycan Basketbol Liqasında XXI tura yekun vurulub

12 Mart 2023 12:56

Xəbər 302 dəfə oxunub

Azərbaycan Basketbol Liqasında XXI tura yekun vurulub. Turun son oyunu Şəki Olimpiya İdman Kompleksində keçirilib.

“Olimpik Şəki” doğma azarkeşləri önündə “Sabah”la üz-üzə gəlib. Əlavə vaxtın oynanıldığı gərgin idman mübarizəsinin sonunda Bakı təmsilçisi 86:80 hesabı ilə qələbə qazanıb.

Oyunda ən məhsuldar basketbolçular “Olimpik Şəki”dən Larri Robinson (36 xal, 9 ribaund), “Sabah”dan isə Entoni Patti (27 xal, 8 ribaund) olub.xeber100.com