Azərbaycan Basketbol Liqasının XXI turunun açılış oyunu keçirilib

9 Mart 2023 14:19

Xəbər 373 dəfə oxunub

Martın 8-də “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının XXI turunun açılış oyunu keçirilib.

Turun ilk oyununda NTD klubu “Neftçi” ilə qarşılaşıb. Oyuna üstün başlayan NTD basketbolçuları yekunda 109:80 hesabı ilə qalib gəliblər.

Oyunun ən məhsuldar basketbolçuları “Neftçi”dən Yuri Kondrakov (26 xal, 5 ribaund), NTD-dən isə Kuinton Kempbel (26 xal, 7 ribaund) olublar.

Qeyd edək ki, XXI turun digər oyunları – “AAAF Xırdalan” – “Zirvə Astara”, “Gəncə” – “Sərhədçi”, “Olimpik Şəki” – “Sabah” matın 9-da və 11-12-də keçiriləcək.xeber100.com