Azərbaycan – Belarus matçı saat 20:00-da başlanacaq

17 Mart 2018 22:06

Xəbər 1168 dəfə oxunub

Yoldaşlıq görüşündə Belarus yığması ilə qarşılaşacaq Azərbaycan millisinin mətbuat üçün açıq məşqi və baş məşqçi Qurban Qurbanovun mətbuat konfransının vaxtı müəyyənləşib. Apasport.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, həm məşq, həm də konfrans martın 22-də keçiriləcək.Əvvəlcə mütəxəssis jurnalistlərin önünə çıxacaq. O, saat 16:00-da sualları cavablandıracaq.Saat 17:15-də isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq olacaq. Hər iki tədbir Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.Qeyd edək ki, martın 23-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan – Belarus matçı saat 20:00-da başlanacaq.xeber100.com