“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin qərarı…

28 Yanvar 2017 12:46

Xəbər 928 dəfə oxunub

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) idarə heyəti “İnter” peşəkar idman klubuna sponsorluğun dayandırılmasına qərar verib.Azərtac ABB-nin rəsmi saytına istinadla xəbər verir ki, belə bir addımın atılmasında məqsəd yeni fəaliyyət mərhələsində olan ABB-də biznesin optimallaşdırılması və restrukturizasiya proseslərinin aparılmasıdır.Bankın idarə heyətinin sədri X.Əhədov bununla bağlı bildirib: “Yeni strateji hədəflərinə uyğun olaraq, idman sahəsindəki fəaliyyətini məhdudlaşdırmaq ABB-yə öz xərclərinə qənaət etməyə, mövcud imkan və resursların, əsas fəaliyyət istiqamətlərinə, yəni, sırf bank-maliyyə sahəsinə cəlb olunmasına, beləliklə, Bankın dövlət dəstəyi ilə sağlamlaşdırılması tədbirlərinin daha effektiv şəkildə həyata keçirilməsinə imkan verəcək”.xeber100.com