Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirə start verilib. Azərbaycan milli komandasının iki üzvü yarışa qələbə ilə başlayıb.
Azərbaycan Boks Federasiyası xəbər verir ki, turnirdə 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Hüseynov səkkizdəbir final mərhələsi çərçivəsində slovakiyalı Tibor Katona ilə üz-üzə gəlib. Gərgin keçən döyüş Avropa çempionumuzun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. O, dörddəbir finalda Qabor Virbanla (Macarıstan) gücünü sınayacaq.
Millimizin digər boksçusu Rəşid Həsənov (71 kq) isə qırğızıstanlı Sirqak Uulu Abdijaparı yarışdan kənarlaşdırıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib. R.Həsənov ikinci döyüşündə Yermanxan Jakpekovla (Qazaxıstan) münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, 26 ölkədən 294 boksçunun qatıldığı turnirin üçüncü günündə – fevralın 9-da Azərbaycan yığmasının 3 idmançısı rinqə çıxacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…