Azərbaycan Boks Federasiyası: Milli komanda ilk təlim-məşq toplanışına start verib

2 Fevral 2026 14:18

Xəbər 19 dəfə oxunub

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası yeni ilin ilk təlim-məşq toplanışına start verib.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Ravşan Xocayevin baş məşqçisi olduğu yığma hazırlığa Bakıda başlayıb. Məşqçilər korpusu toplanışa Azərbaycan çempionatının bütün mükafatçılarını cəlb edib. Bakı Boks Mərkəzində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.

Qeyd edək ki, hazırlıq fevralın 20-də yekunlaşacaq.