Azərbaycan Boks Federasiyası təşkilatçılığı ilə ölkə birinciliyinə start veriləcək

8 Mart 2022 12:44

Xəbər 495 dəfə oxunub

Martın 8-də Gənclər və İdman Nazirliyinin və Azərbaycan Boks Federasiyası (ABF) təşkilatçılığı ilə yeniyetmələr arasında boks üzrə ölkə birinciliyinə start veriləcək.ABF-nin mətbuat xidmətinin məlumatına görə, Bakı Boks Mərkəzində təşkil olunacaq yarışda 14 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandanın 327 boksçusu qatılacaq. Qaliblərin adına martın 14-də aydınlıq gələcək.Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.Qeyd edək ki, birinciliyin baş hakimi Emil Qurbanəliyev olacaq.xeber100.com