Tokio Yay Olimpiya Oyunlarına hazırlaşan kişi boksçulardan ibarət Azərbaycan milli komandası İtaliyada beynəlxalq təlim-məşq toplanışında iştirak edir.Azərbaycan Boks Federasiyasından Azərtac-a bildiriblər ki, yığmamız Assizi şəhərindəki Boks Akademiyasında 10-dək ölkənin qatıldığı təlim-məşq toplanışında İtaliya, Kolumbiya, Hindistan, Ekvador, Peru və digər yığmalarla birgə məşqləri davam etdirir.Boksçularımız Assizidə əsasən fiziki və taktiki hazırlıq üzrə çalışırlar. Onların növbəti günlərdə sınaq görüşləri də planlaşdırılır. Toplanışa “Tokio-2020”yə lisenziya qazanan Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) qatılıblar. Umberto Orta Dominqesin baş məşqçisi olduğu millimiz iyulun 18-dək İtaliyada hazırlıq keçdikdən sonra Olimpiadanın təşkil olunacağı Tokioya yollanacaq.Qeyd edək ki, Tokio Olimpiadasının boks yarışları iyulun 24-də start götürəcək və avqustun 8-də başa çatacaq. Qarşılaşmalar “Ryoqoku Kokuqikan” İdman Sarayında keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…