Azərbaycan Boks Federasiyasının məlumtına görə…

25 Avqust 2022 09:39

Xəbər 349 dəfə oxunub

Kişi boksçulardan ibarət Azərbaycan millisi ABŞ-a təlim-məşq toplanışına yollanıb.Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında Kolorado ştatının Denver şəhərində baş tutacaq hazırlıqda Olimpiya çəki dərəcələri üzrə 9 idmançı iştirak edəcək.Toplanışa ilkin olaraq Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5), Nəbi İsgəndərov (67 kq) və Məhəmməd Abdullayev (+92 kq) yollanıblar. Komandaya Tayfur Əliyev (60 kq) avqustun 26-da, Nicat Hüseynov (51 kq), Sərxan Əliyev (71 kq) və Alfonso Dominqes (92 kq) isə sentyabrın 2-də qoşulacaq.Məşqlər sentyabrın 7-dək davam edəcək. Yığma daha sonra ABŞ-da beynəlxalq turnirə qatılacaq. Yarış sentyabrın 7-16-da baş tutacaq. Boksçularımız sentyabrın 17-də Vətənə qayıdacaqlar.xeber100.com