Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan turnir davam edir

2 Oktyabr 2022 10:49

Xəbər 305 dəfə oxunub

Oktyabrın 2-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində 28-ci Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan mini turnirin ikinci oyun günü keçirilib.İki qarşılaşmanın baş tutduğu oyun gününün ilk görüşündə “NTD BK” basketbolçuları, “Olimpik Şəki BK” komandasına 91-76 hesabı ilə qalib gəlib.Növbəti oyun isə “Gəncə BK” və “AAAF Xırdalan BK” komandaları arasında keçirilib.Bu görüşdə Gəncə basketbolçuları rəqibi üzərində 76-68 hesabla qalib olublar.xeber100.com