Azərbaycan çempionatında final qarşılaşmaları keçiriləcək

31 Yanvar 2018 14:27

Xəbər 993 dəfə oxunub

Yanvarın 31-də kişi boksçular arasında Azərbaycan çempionatında final qarşılaşmaları keçiriləcək.Azərtac xəbər verir ki, 10 çəki dərəcəsi üzrə yarımfinal qarşılaşmalarının nəticələrinə əsasən bütün finalçılar müəyyənləşib.Ümumiyyətlə, on çəki dərəcəsində finala vəsiqə qazanan idmançılar aşağıdakılardır:

49 kq çəki dərəcəsində – Hacıbala Fərzəliyev (“Rabitə” İK) – Araz İmaməliyev (“Gilan” İK);

52 kq çəki dərəcəsi – Məsud Yusifzadə (“Rabitə” İK) – Ramazan Abdullayev (Balakən);

56 kq çəki dərəcəsi – Tayfur Əliyev (MOİK) – Ümid Rüstəmov (“Rabitə” İK, DİN);

60 kq çəki dərəcəsi – Sayad Lalayev (MOİK) – Cavid Çələbiyev (“Qəbələ” İK);

64 kq çəki dərəcəsi – Fərid Ağamoğlanov (“Qəbələ” İK) – Elvin İsayev (“Gilan” İK);

69 kq çəki dərəcəsi – Nicat Məmmədov (“Qızıl Əlcək” İK) – Elnur Süleymanov (“Gilan” İK);

75 kq çəki dərəcəsi – İsmayıl Hüseynov (“Qəbələ” İK) – Hidayət Musayev (“Kür” İK);

81 kq çəki dərəcəsi – Eldar Quliyev (“Gilan” İK) – Rauf Rəhimov (“Qəbələ” İK);

91 kq çəki dərəcəsi – Qulaməli Aslanov (“Gömrükçü” İK) – Rahil Məmmədli (“Qəbələ” İK);

91 kq-dan yuxarı çəki dərəcəsi – Ağalar Sadıqzadə (Naxçıvan) – Məhəmməd Abdullayev (“Rabitə” İK);

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 39 komandanın heyətində 203 boksçu qatılıb.Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.xeber100.com