Azərbaycan çempionatında növbəti oyunların proqramı açıqlanıb

22 Noyabr 2023 13:55

Xəbər 472 dəfə oxunub

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə yeri və vaxtı dəqiqləşib. Ölkə çempionatının növbəti matçları noyabrın 22-də və 23-də təşkil olunacaq. Bu gün MOİK Yüksək Liqadakı növbəti matçında “Neftçi” ilə üz-üzə gələcək. Oyun saat 18:00-da başlayacaq.

Noyabrın 23-də isə ilk olaraq meydana “Azərreyl” və “Murov Az Terminal” komandaları çıxacaqlar. Matç saat 16:00-da başlayacaq. Günün növbəti qarşılaşması isə “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” klubları arasında olacaq. Oyun saat 19:00-da başlayacaq.

Hər üç görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.

Yüksək Liqa (kişilər)

22 noyabr

18:00. MOİK – “Neftçi”

23 noyabr

16:00. “Azərreyl” – “Murov Az Terminal”

19:00. “Xarı Bülbül Şuşa” – “Xarı Bülbül Laçın”xeber100.com