Azərbaycan çempionatında növbəti oyunların vaxtı dəqiqləşib

13 Fevral 2023 12:47

Xəbər 341 dəfə oxunub

Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionatında növbəti oyunların vaxtı dəqiqləşib. Qadın voleybolçuların Yüksək Liqasında III dövrənin oyunlarına fevralın 13-də start veriləcək. Voleybol Mərkəzində təşkil olunacaq VII turun ilk matçı saat 16:00-da “Azərreyl” və “Murov” komandaları arasında baş tutacaq. Bu qarşılaşmadan 2 saat sonra “Abşeron” – UNEC dueli start götürəcək.xeber100.com