Azərbaycan çempionatının ikinci dövrəsinə start veriləcək

9 Mart 2017 12:52

Xəbər 785 dəfə oxunub

Martın 10-da “ABU Arena”da həndbol üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatının ikinci dövrəsinə start veriləcək.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a verilən xəbərə görə, günün açılış oyunu “Gənclər Birliyi” və “Azəryol” komandaları arasında keçiriləcək. Bundan əlavə, “Nur”–“Qarabağ”, “Təhsil”–RİOEUGİM, “Nəsimi”–“Məhsul” qarşılaşmaları da eyni gündə keçiriləcək.Martın 12-də çempionatın təntənəli bağlanış və mükafatlandırma mərasimi olacaq.xeber100.com