Futbol üzrə Azərbaycan çempionatının XI turunun oyunlarına hakim təyinatları açıqlanıb.Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, üç günü əhatə edəcək tura noyabrın 19-da “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Keşlə” oyunu ilə start veriləcək. Kamal Umudlunun idarə edəcəyi qarşılaşma saat 19:00-da start götürəcək.Noyabrın 20-də saat 16:00-da başlayacaq “Zirə” – “Səbail” matçının baş hakimi Əliyar Ağayev olacaq. Görüş Zirə İdman Kompleksinin stadionunda oynanılacaq.Həmin gün “Bakcell Arena”da baş tutacaq “Neftçi” – “Sabah” görüşdə baş hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək. Qarşılaşma saat 18:15-də başlayacaq.Tura noyabrın 21-də keçiriləcək “Qəbələ” – “Sumqayıt” oyunu ilə yekun vurulacaq. Rəşad Əhmədovun idarə edəcəyi qarşılaşma saat 16:00-da start götürəcək.Turun görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.Qeyd edək ki, 10 turdan sonra turnir cədvəlinə 23 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 18 xalı olan “Qəbələ” ikinci, bir xal az toplayan “Neftçi” isə üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Zirə” (16), “Sumqayıt” (11), “Keşlə” (10), “Səbail” (9) və “Sabah” (8) klubları yer alıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…