Azərbaycan çempionatının XVIII turuna start verilib

13 Aprel 2018 13:12

Xəbər 1163 dəfə oxunub

Mingəçevirdə qadın həndbolçular arasında Azərbaycan çempionatının XVIII turuna start verilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, “Kür” Olimpiya İdman Mərkəzində yerli “Nur” komandası “Qarabağ” kollektivini qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş meydan sahiblərinin üstünlüyü ilə yekunlaşıb – 31:30.Turun digər görüşləri aprelin 14-də keçiriləcək. “Azərsu” komandası “Gənclər Birliyi”ni, “Azəryol” kollektivi isə “İdman Akademiyası”nı sınağa çəkəcək.xeber100.com