Azərbaycan–Çexiya oyunu keçiriləcək

5 Oktyabr 2017 10:46

Xəbər 826 dəfə oxunub

2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan–Çexiya oyunu keçiriləcək.Azərtac xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq qarşılaşmanı fransalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Benoit Millot olacaq. Ona həmyerliləri Julien Pacelli və Bertrand Jouannaud kömək edəcəklər. Dördüncü hakim funksiyasını Frank Şneider yerinə yetirəcək.Qarşılaşmanın hakim-inspektor estoniyalı Are Habicht, komissarı isə isveçrəli Romano Clavadetşer olacaq.Qeyd edək ki, millimizin yer aldığı “C” qrupunda Almaniya 24 xalla vahid liderdir. Şimali İrlandiya 19 xalla ikinci, Azərbaycan 10 xalla üçüncü, Çexiya 9 xalla dördüncü, Norveç 7 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncu pillədə qərarlaşıb.xeber100.com