Azərbaycan Cüdo Federasiyası (ACF) inkişaf strategiyasına uyğun olaraq loqotipini yeniləyib.ACF-in mətbuat xidmətinin məlumatına görə, yeni loqotip və korporativ kimlik hazırlanan zaman cüdonun yaradıcısı Ciqaro Kanonun müəyyən etdiyi dəyərlər və idmanın bu növü üzrə mövcud son trendlər əsas götürülüb.Federasiyanın baş katibi Rəşad Rəsullu əsasını müasirlik, peşəkarlıq və sadəlik təşkil edən loqotipin hazırlanması zamanı bir sıra prinsiplərin əsas götürüldüyünü bildirib: “Sözsüz ki, ilk növbədə loqotip cüdo idman növü ilə assosiasiya edilməlidir və bu baxımdan yeni loqotipdə cüdo fəndi əks etdirilib. Bundan başqa, Azərbaycan bayrağının rənglərindən biri ilə assosiativ çalardan istifadə edilib. Yeni loqotip minimalist üslubda hazırlanmaqla bu sahədə mövcud olan ən son meyllərə də əməl edilib”.Loqonun modern cizgiləri özündə “A” və “J” hərflərini əks etdirir ki, bu da “Azerbaijan Judo” deməkdir. Təsvirin yaradılmasına fərqli yanaşma nəticəsində cüdoda ən vacib fəndlərdən biri olan “tai-otoshi” – iki cüdoçunun çiyin atışı fəndi loqoda unikal şəkildə vizuallaşdırılıb.Ölkəmizdə ən sevilən idman növlərindən biri olan cüdonun yeni korporativ kimlik qazanması Azərbaycan cüdosunun beynəlxalq səviyyədə daha çox tanınması və ölkə daxilində cüdonun populyarlaşdırılmasına töhfə verəcək.Yeni loqotip federasiyanın fəaliyyətində mərhələli olaraq tətbiq ediləcək və prosesin aprelin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…