Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yeni cüdo mərkəzi fəaliyyətə başlayıb.
Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib. Bildirilib ki, ölkəmizdə 1972-ci ildən inkişaf etdirilməyə başlayan və ötən il 50 illik yubileyini qeyd edən cüdo idman növünün ilk bölmələrindən biri elə həmin il Sumqayıt şəhərində fəaliyyətə başlayıb. Sumqayıt cüdo bölməsinin əsas mərkəzi uzun illər Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun binasında fəaliyyət göstərib. Sevindirici haldır ki, yenidən qurulan stadionun binasında ən müasir standartlara uyğun olan cüdo təlim mərkəzi də yaradılıb.
Artıq oktyabrın 23-dən etibarən cüdo mərkəzi fəaliyyətə başlayıb və Sumqayıt cüdoçuları üçün ilk məşqlər keçirilib.
Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə qurulan cüdo mərkəzinin ümumi sahəsi 1900 kvadratmetrdir. Mərkəzdə üç “dojo” (cüdo məşq zalı) mövcuddur. Cüdo məşq zalları Beynəlxalq Cüdo Federasiyasının standartlarına uyğun olan tatamilər ilə təchiz olunub.
Mərkəzin fiziki hazırlıq zalı da cüdo idman növü üzrə fiziki hazırlıq məşğələləri üçün hər bir şəraitə uyğundur. Təlim mərkəzində gözləmə zalı, hər zala görə paltardəyişmə otağı, həkim otağı, masaj otağı və sauna mövcuddur. Burada məşqçilərin və digər inzibati işçilərin fəaliyyəti üçün iclas otağı və ofis otaqları təmin edilib.
Sumqayıt cüdo təlim mərkəzinin baş məşqçisi İlham Məmmədov bildirib ki, Sumqayıtda uşaqlar, yeniyetmələr və gənclər arasında cüdoya maraq böyükdür: “İlk növbədə, yaradılan yüksək şəraitə görə Prezident İlham Əliyevə Sumqayıt cüdo ictimaiyyəti adından dərin minnətdarlığımızı bildiririk. Cüdo idmançıların yüksək fiziki hazırlığa malik olmaqları ilə yanaşı, həmçinin onların intellektual və mənəvi inkişafına da mühüm töhfə verir. Biz də məşqçilər olaraq ölkə və beynəlxalq səviyyədə regionumuzu təmsil edə biləcək istedadlı cüdoçular və ən əsası layiqli vətəndaşlar yetişdirmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, təlim mərkəzində 1500-ə qədər yeniyetmə və gəncin daimi məşq etməsi üçün şərait mövcuddur və onlar müəssisədə işləyən 10-dan yuxarı peşəkar cüdo məşqçilərinin təcrübəsindən faydalanacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…