Azərbaycan millisi beynəlxalq turnirlərə hazırlıq məqsədi ilə aprelin 4-də Türkiyənin Antalya şəhərində start götürən cüdo üzrə təlim-məşq toplanışına qatılıb.Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, ayın 10-dək davam edəcək təlim-məşq toplanışında Antalyada aprelin 1-3-də keçirilmiş “Böyük dəbilqə” turnirinin iştirakçıları ilə yanaşı, Azərbaycan yığma komandasının digər üzvləri də iştirak edirlər. Hazırlığa, ümumilikdə qadınlardan və gənc qızlardan ibarət yığmanın heyətində 34, kişilərdən və gənc oğlanlardan ibarət komandanın heyətində isə 54 idmançı qatılıb.Komandamızın təlim-məşq toplanışında iştirakında əsas məqsəd idmançılarımızın fiziki və taktiki-texniki hazırlıq mərhələlərini keçərək bacarıqlarını təkmilləşdirmək, yaxın gələcəkdə beynəlxalq turnirlərdə yüksək nəticə əldə etməkdir.Qeyd edək ki, Azərbaycanın milli komandası aprelin 29–dan mayın 1-dək Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatında iştirak edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…