İyulun 26-27-də ölkəmizdə cüdonun yaranmasının 50 illik yubileyi və Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibəti ilə “Yaponiya səfirinin kuboku” açıq birinciliyi keçiriləcək.Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kiçik yaşlı (U-15) yeniyetmələr arasında təşkil olunan turnirdə 200-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq. Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək yarışda Gəncə şəhərindən və digər regionlardan 35 komanda iştirak edəcək.Turnirin əsas məqsədi Yaponiya-Azərbaycan dostluq əlaqələrinin gücləndirilməsinə dəstək göstərməkdir. Eyni zamanda, kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.Qeyd edək ki, turnir Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…