İstanbulda Avropa Cüdo Birliyinin (ACB) növbəti konqresi keçirilib.Azərbaycan Cüdo Federasiyasından (ACF) Azərtac-a bildiriblər ki, tədbirdə federasiyanı vitse-prezident Elnur Məmmədli və baş katib Rəşad Rəsullu təmsil ediblər.Konqresdə ACB-nin prezidentinin, vitse-prezidentlərinin, baş katibinin, hakimlər üzrə direktorunun, həmçinin baş xəzinədarın hesabatları, o cümlədən 2020-ci il üçün maliyyə hesabatı dinlənilib və təsdiq edilib.Qəbul edilmiş digər önəmli bir qərar isə ACB-nin hüquqi qeydiyyatının və mərkəzinin Maltadan Avstriyaya keçirilməsi olub.Konqres zamanı ACF nümayəndələri ACB-nin prezidenti Sergey Soloveyçik, təhsil üzrə vitse-prezident Ceyn Bric, marketinq üzrə vitse-prezident Otto Naytinqer, hakimlər üzrə direktor Aleksandr Yatskeviç ilə görüşüblər. Görüş zamanı ACB və ACF arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə edilib və iş birliyinin genişləndirilməsi üçün atılacaq növbəti addımlar müəyyən edilib. Eyni zamanda, konqresdə iştirak edən müxtəlif ölkələrin (Türkiyə, Almaniya, Polşa, Ukrayna, Belarus, Avstriya, Fransa, Yunanıstan, Şimali Makedoniya, İsveçrə, Estoniya və s.) cüdo federasiyaları ilə ikitərəfli görüşlər keçirilib, federasiyalararası əməkdaşlıq potensialı müzakirə edilib.Konqresin sonunda keçirilən təntənəli mərasim zamanı Tokio Yay Olimpiya Oyunlarında medal qazanmış Avropa ölkələrinin federasiyaları, o cümlədən Azərbaycan Cüdo Federasiyası “ACB Olimpiya Mükafatı – Tokio-2020” ilə mükafatlandırılıb. Mükafat ACF-nin vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədliyə təqdim olunub.Eyni zamanda, ACB-nin eyniadlı mükafatı Tokio Olimpiadasında bürünc medal qazanmış xanım cüdoçumuz İrina Kindzerskaya da təqdim olunub və mükafatı onun adından ACF-nin baş katibi Rəşad Rəsullu qəbul edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…