Yeniyetmə cüdoçularımızdan ibarət komandamız İspaniyanın Fuengirola şəhərində keçirilən açıq Avropa turnirində uğurla çıxış edib.Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin məlumatına görə, cüdoçularımız açıq qitə yarışında 5-i qızıl olmaqla, ümumilikdə 15 medal qazanıblar.Belə ki, turnirin ikinci günündə yeniyetmə oğlanlar arasında 73 kiloqram çəki dərəcəsində final mərhələsində cüdoçularımız Əli Hacızadə və Süleyman Əliyev qarşılaşıblar. Görüşdə inamla mübarizə aparan Süleyman Əliyev qızıl medal qazanıb, Əli Hacızadə isə ikinci yerlə kifayətlənib. Daha bir gümüş medalı komandamızın aktivinə 90 kiloqramdan yuxarı çəki dərəcəsində yarışan Ramazan Əhmədov qazandırıb.Yeniyetmə oğlanlar arasında komandamızın digər üzvləri – Camal Baxışov (81 kq), Məhəmməd Paşayev (90 kq) və Zaur Sarıoğlu (+90 kq) bürünc medala sahib olublar.Yeniyetmə qızların mübarizəsində isə Fidan Əlizadə (57 kq) üçüncü yeri tutub.Qeyd edək ki, turnirin birinci günündə cüdoçularımız 4-ü qızıl olmaqla 8 medal qazanmışdılar.Beləliklə, 15 medal qazanan Azərbaycan komandası Fransa və İspaniya yığmalarını qabaqlayaraq ümumi hesabda birinci yeri tutub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…