“Azərbaycan Cup” ölkə turunun beşinci turniri keçirilib

28 Fevral 2018 13:59

Xəbər 1324 dəfə oxunub

Cəlilabadda basketbolun 3×3 növü üzrə “Azərbaycan Cup” ölkə turunun beşinci turniri keçirilib. Turnirdə 8 komanda iştirak edib və onlardan dördü yarışa Bakıdan qatılıb.Azərtac xəbər verir ki, turnirdə birinci yerə Cəlilabadın “Stars” komandası sahib çıxıb. Bakının “Polukhinski Pereulok” komandası yarışı ikinci, Cəlilabadın “Woodpecker” kollektivi isə üçüncü pillədə başa vurublar.Cəlilabadın “Wizards” komandasının üzvü Məhəmməd Ağayev yarışın “Three-Point Contest” 3 xallıq müsabiqəsinin qalibi olub. Turnirin ən dəyərli oyunçusu “Polukhinski Pereulok” komandasının üzvü İsmayıl Əliyev seçilib.xeber100.com