Dairəvi dəmir yolunun qoyuluşuna başlanılıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən Azərtac-a bildirilib ki, məlum olduğu kimi, noyabr ayının birinci ongünlüyündə Bakı sərnişin–Pirşağı–Sumqayıt istiqamətində 29,2 kilometr uzunluğunda dairəvi dəmir yolunun əsaslı təmir işlərinə start verilib. İlkin olaraq dairəvi dəmir yolunun Nərimanov–Böyükşor mənzilində 2,2 kilometr uzunluğunda olan hissəsinin torpaq yatağının işlənməsi həyata keçirilib. Artıq köhnə torpaq yatağı hazırlanıb və bu gün yolun qoyuluşuna başlanılıb. Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir. İşlər mərhələ-mərhələ aparılır. Bu gün 750 metr uzunluğunda yolun qoyuluşu planlaşdırılır. Artıq 500 metr yol qoyulub. QSC-dən bildirilib ki, ümumiyyətlə, bu layihə həyata keçirildikdən sonra Bakı və Bakı ətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi, qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci kilometr qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…