Azərbaycanda “Aİ-92” markalı avtomobil benzininin qiymətinin artırılması dəmir yolu tariflərinə təsir göstərməyəcək.Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc Qədirova Azərtac-a deyib.O bildirib ki, “Aİ-92” markalı benzinin qiymətində edilən dəyişiklik dəmir yolu ilə yük və sərnişindaşıma tariflərinə təsir etməyəcək. Çünki dəmir yollarında qatarların hərəkəti üçün digər yanacaq növlərindən və elektrik enerjisindən istifadə olunur. Tariflərin artırılması məsələsi gündəlikdə yoxdur.Qeyd edək ki, iyulun 14-də Tarif (qiymət) Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il iyulun 15-dən qüvvəyə minib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…