Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin gecikmə səbəbi hava şəraiti olub.Azərtac xəbər verir ki bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Qars hissəsində 47-54 dərəcə arası şaxta olub. Bu tikinti işlərinin aparılmasına maneə yaradıb. Qars tərəfdə 80 kilometr yolun 27 kilometrində dəmir yolunun üst yatağı hazırdır.C.Qurbanov qeyd edib ki, may ayının əvvəllərində ölkə rəhbərliyinin icazəsi ilə Qarsa səfər edib vəziyyətlə maraqlanacaq. Bu ilin sentyabr ayının əvvəllərində isə dəmir yolunun açılışı gözlənilir.”Azərbaycan və Gürcüstan tərəfdə işlər demək olar yekunlaşıb. 10-15 faiz işlər qalıb ki, bunlar dəmir yolunun elektrikləşdirmə məsələsidir. Ola bilsin ilk mərhələdə 100 kilometrə yaxın məsafəni dizel lokomotivləri ilə çalışdıq”, – deyə C.Qurbanov vurğulayıb.Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmalardan danışan C.Qurbanovun sözlərinə görə ilk olaraq sərnişin yaxud yükdaşınması insanların tələbləri əsasında müəyyənləşdiriləcək. Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmalar həyata keçirmək üçün İsveçrədən 30 vaqon alınıb. Bunların bir hissəsinin dəyəri ödənilib, bir hissəsinin isə krediti yaxınlarda yekunlaşacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…