Azərbaycan, Gürcüstan və İranın dəmir yolları Fars körfəzi regionundan və Hindistandan yüklərin Avropaya və əks istiqamətdə daşınması işlərini koordinasiya etmək üçün işçi qrupu yaradacaq.“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, bununla bağlı Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze və İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında üçtərəfli görüş zamanı qərar qəbul edilib.Görüşdə yüklərin (konteyner daşımaları) Fars körfəzi regionundan və Hindistandan (Azərbaycan və Gürcüstandan keçməklə) Avropaya və əks istiqamətdə quru yolla daşımalarının təşkili, Fars körfəzi regionundan və Hindistandan (Azərbaycan və Gürcüstandan keçməklə) Avropaya və əks istiqamətdə Azərbaycan və İran limanlarının vasitəsilə yük daşımalarının (konteyner daşımaları) təşkili, tərəflərin dəmir yollarında yük vaqonlarının təkər arabacıqlarının dəyişdirilərək (1520 millimetr standartlı izdən 1435 millimetr standartlı izə və əksinə keçirilərək) hərəkəti məsələləri müzakirə olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…