Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımalar 42 faiz artıb.“Azərbaycan Dəmir Yolları” QSC-dən Azərtac-a bildirilib ki, bu barədə QSC-nin sədri Cavid Qurbanov 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.QSC sədrinin sözlərinə görə, ümumilikdə yükdaşıma sahəsində 2018–ci illə müqayisədə 9,1 faiz artım qeydə alınıb, bu da məhz qeyri-neft məhsullarının daşınması hesabına əldə olunub. Belə ki, hesabat ili ərzində qeyri-neft yüklərin tranzit daşımalarında əvvəlki illə müqayisədə 39,2 faiz artım müşahidə edilib. Tranzit rejimdə daşınmış yüklərin ümumi artım faizi isə 24,7 faiz olub.Ölkəmizin beynəlxalq nəqliyyat layihələrində iştirakından danışan C.Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə diqqət çəkib. O qeyd edib ki, bu istiqamətdə yük daşımalarında artım 42 faizə çatıb. Ölkəmizin tranzit nəqliyyat qovşağına çevrilməsində mühüm rol oynayan layihələrdən biri olan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astara terminalı vasitəsilə daşınan yükün həcmi ötən dövrlə müqayisədə 38 faiz artıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…