Dövlət İmtahan Mərkəzi (DİM) bu gün tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün Azərbaycan dili fənnindən test imtahanı keçirilib.DİM-dən Trend-ə verilən məlumata görə, imtahan Bakı, Sumqayıt, Naxçıvan, Şəmkir, Gəncə, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Lənkəran, Şirvan, Qusar və Xaçmaz şəhərlərində, ümumilikdə 41 binada aparılıb.İmtahanda ümumilikdə 15648 (Bakıda 10013, Sumqayıtda 922, Naxçıvanda 56, Şəmkirdə 340, Gəncədə 1068, Mingəçevirdə 288, Şəkidə 242, Zaqatalada 548, Bərdədə 180, Göyçayda 259, Lənkəranda 256, Şirvanda 271, Qusarda 386, Xaçmazda 639) abituriyentin iştirakı nəzərdə tutulub.İmtahanın idarə olunması üçün 108 imtahan rəhbəri, 1212 nəzarətçi-müəllim ayrılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…